Qazax, 10 sentyabr, Famil Quliyev, AZƏRTAC
Respublikamızın qərb bölgəsinin ən böyük sənaye müəssisələrindən biri olan Qazax sement zavodunun kollektivi məhsul istehsalının kəmiyyət, keyfiyyət və çeşidini ildən-ilə artırır. Bunun nəticəsidir ki, zavodun iqtisadi gücü qısa müddət ərzində əhəmiyyətli dərəcədə yüksəlib.
Zavod kollektivinin əksəriyyətini təşkil edən gənclər ölkəmizin ictimai-siyasi həyatında da fəallıq göstərir, bu sahədə öz bilik və bacarıqlarını əsirgəmirlər.
AZƏRTAC xəbər verir ki, YAP Qazax sement zavodu ilk partiya təşkilatının sentyabrın 10-da keçirilən yığıncağında zavodun direktoru Hikmət Qəribov çıxış edərək istehsal prosesindən, ictimai-siyasi həyatdan və gənclərin bu sahədə fəaliyyətlərindən danışıb. Ərazi ilk partiya təşkilatının sədri Əlif Məmmədov, YAP rayon təşkilatının şura üzvü Polad Atakişiyev, “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıl partiya sıralarına daxil olan gəncləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda partiya sıralarına daxil olan gənclərə üzvlük vəsiqələri verilib.