Perunun paytaxtı Limanın həndəvərindəki Viva El Salvador səmtindəki orta məktəblərdən birinin həyətindəki reaktiv qumbaranı zərərsizləşdirməyə çalışan polis həlak olub.
Milli.Az El Mundo-ya istinadən bildirir ki, olay " Cristo Salvador" məktəbinin həyətində baş verib.
Polis zabiti, 51 yaşlı Adolfo Leonidas Kastellano Karrilyo 29 ildən bəri partlayıcı qurğuları zərərsizləşdirən təcrübəli sapyordu
O, hadisə yerinə çağırılanda partlayışa hazır qumbaranı görüb və rutin işə başlayıb.
Lakin qumbara partlayıb, Karrilyo ölümcül yaralayıb.
Polis zabiti təcili yardım avtomobili ilə hospitala aparılarkən yolda keçinib.
Lima polisindən verilən məlumata görə, Karrilyo qumbaranın çox təhlükəli olduğu bildiyindən onu qaldıraraq məktəbin həyətindən çıxarmağa çalışıb.
"O, faktiki olaraq məktəbliləri xilas etdi, çünki qumbaranın partlayacağını anlayan Karrilyonu özünü partladıcı qurğunun üstünə ataraq qəlpələrin ətrafa yayılmasının qarşısını alıb", - açıqlamada deyilir.
Milli.Az


