Bakı, 11 sentyabr, Samirə Allahverdiyeva, AZƏRTAC
Bu gün Bakıda Dünya Şahmat Kuboku yarışları başlanıb. Bu idman növündə ilin ən mühüm yarışlarından birində gələcək iddiaçıların turnirinin iki iştirakçısı müəyyən ediləcək. Onlar Bakı turnirinin finalçıları olacaqlar.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın paytaxtına 128 qrossmeyster gəlib. Onlardan 22-si cari dünya reytinqinə əsasən 25 ən güclü oyunçu sırasına daxildir. İddiaçıların turnirinə vəsiqələr uğrunda mübarizə aparmaq üçün hazırkı dünya çempionu, norveçli Maqnus Karlsendən və dünya şahmat tacı uğrunda son matçda onun rəqibi olmuş hind şahmatçısı Vişvanatan Ananddan başqa bütün aparıcı qrossmeysterlər Bakıya gəliblər. Yarışda Veselin Topalov (Bolqarıstan, 2816), Hikaru Nakamura (ABŞ, 2814), Fabiano Karuana (ABŞ, 2808), Aniş Giri (Hollandiya, 2793), Din Lijen (Çin, 2782), Vladimir Kramnik (Rusiya, 2777), Uesli So (ABŞ, 2773), Aleksandr Qrişşuk (Rusiya, 2771), Levon Aronyan (Ermənistan, 2765), Sergey Karyakin (Rusiya, 2762), Yevgeni Tomaşevski (Rusiya, 2758), Dmitri Yakovenko (Rusiya, 2748), Boris Gelfand (İsrail, 2741) və başqaları iştirak edir.
Azərbaycan ən güclü qrossmeysterlərlə təmsil edilmişdir. Turnirin start oyunlarında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov və Vasif Durarbəyli çıxış edir.
Yarış nokaut-sistem üzrə keçiriləcək, yəni bütün oyunçular 1/64 final mərhələsindən başlayırlar. Həlledici mərhələdən başqa, hər cütlüyün “döyüşü” iki partiyadan ibarətdir. Finalda isə dörd partiya oynanacaq.
Dünya Kubokunun ümumi mükafat fondu 1.600.000 dollar təşkil edir. Qalib 96.000 dollar, finalçı 64.000 dollar alacaq.
Hər tur, sentyabrın 11-dən başlayaraq, üç gün davam edəcək. Sentyabrın 26-sı və 30-u istirahət günləri olacaq. Final oktyabrın 1-dən 5-dək keçəcək.
Azərbaycan qrossmeysterlərinin ilk rəqibləri müəyyən edilib: Şəhriyar Məmmədyarov – İdani Puyya (İran), Teymur Rəcəbov - Samuel Sevyan (ABŞ), Rauf Məmmədov - Yevgeni Nayer (Rusiya), Eltac Səfərli – Çaba Baloq (Macarıstan), Qədir Huseynov – Maksim Matlakov (Rusiya), Le Kuanq Lyem (Vyetnam) – Vasif Durarbəyli.
Bakıda ən güclü qrossmeysterlərin iştirakı ilə Dünya Şahmat Kuboku yarışları başlanıb