[ 11 Sentyabr 2015 17:53 ]



Bakı - APA. Azərbaycan Milli Konservatoriyasının xalq çalğı alətləri kafedrasının müəllimi, kanun ifaçısı Natəvan Həsənova ABŞ-da keçirilən “American Protege İnternational Concerto Competition 2015” beynəlxalq müsabiqəsində birinci yerə layiq görülüb.


APA-nın məlumatına görə, müsabiqə Nyu-York şəhərindəki “Carnegie Hall”da keçirilib. Bir çox ölkədən musiqiçilərin iştirak etdiyi müsabiqədə N. Həsənova yüksək ifaçılıq məharətinə görə “Best Perfomance Award” diplomu ilə mükafatlandırılıb.

N. Həsənova Azərbaycan Milli Konservatoriyasında kanun müəllimi və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri ansamblının solistidir.