Qax, 12 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qax Dövlət Kukla Teatrı sentyabrın 17-də - yeni mövsümün açılış günündə balaca tamaşaçılara Aləmzar Əlizadənin “Toya gecikən tülkü” nağıl-tamaşasını təqdim edəcək.
Bu barədə AZƏRTAC-a teatrın direktoru Nazim Mahmudov məlumat verib. Teatrın rejissoru Yusif Abdurahmanovun quruluş verdiyi tamaşada əsas rolları aktyorlar Zaur Paşazadə, Afət Yaqubova, Araz Mehrablı, Azər Kərimov ifa edirlər. Tamaşanın quruluşçu rəssamı Əmrah Məmmədovdur.
Direktorun deyib ki, teatrda, eyni zamanda, ingilis yazıçısı Redyard Kiplinqin “Başlı-başına gəzən pişik” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın məşqləri də yekunlaşmaq üzrədir. Yeni tamaşa sentyabrın sonunda tamaşaçılara təqdim olunacaq.

