Bakı, 12 sentyabr, AZƏRTAC
Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İtaliya oyununun biletləri satışa çıxarılıb.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, biletləri “Bakcell Arena”nın kassalarında və Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən “Bakcell” Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündür.
Qarşılaşmanın biletlərinin qiyməti 1, 2, 4 və 50 manatdır.