Bakı, 14 sentyabr, AZƏRTAC
Oktyabrın 9-dan 11-dək Türkiyənin Safranbolu şəhərində 16-cı “Altın Safran” Beynəlxalq Sənədli Filmlər Festivalı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, filmlərin peşəkar və həvəskar olmaqla iki kateqoriyada yarışdığı festivalda ölkəmizi rejissor Adil Azay dövlət sifarişi ilə “Yaddaş” studiyasında çəkdiyi “Xəlvətdə qalmış müdrik” və “Azanfilm” studiyasına çəkdiyi “Vulkanın nəfəsi” sənədli filmləri ilə təmsil edəcək.
“Xəlvətdə qalmış müdrik” filmi görkəmli sufi filosofu, “Xəlvətiyə” təriqətinin yaradıcısı Seyid Yəhya Bakuvidən, “Vulkanın nəfəsi” filmi isə Azərbaycanda geniş yayılmış palçıq vulkanlarından bəhs edir.