x
Loading...

Dövlət Xidməti: "Təhlükəsiz iş öngünlüyü" ərzində üç müəssisənin fəaliyyəti dayandırılıb

11:27 29 Yanvar 2015
148 Digər
Ölkə mətbuatı
A- A+
.

[ 29 Yanvar 2015 11:24 ]


Bakı. Ramiz Mikayıloğlu - APA. “İnzibati Xətalar Məcəlləsinin 54-cü maddəsində əməyin mühafizəsi ilə bağlı texniki təhlükəsizlik qaydalarına riayət edilməməsi ilə bağlı 1000 manatdan 2000 manatadək inzibati məsuliyyət nəzərdə tutulub. Texniki təhlükəsizliyə riayət olunması ilə bağlı fərdi mühafizə vasitələrinin alınması və işçilərin bununla təmin edilməsi işəgötürənlər tərəfindən müəyyən xərc tələb edir. Bu da 1000-2000 manatdan 3-4 dəfə artıq xərcdir. Ona görə də işəgötürənlər bir çox hallarda bu tələbə riayət etmirlər”.

 

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidmətinin rəisi Fuad Əlizadə deyib.

 

Xidmət rəisi bildirib ki, buna görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qanun layihəsi hazırlayıb və qanun layihəsi bu günlərdə hökumətə təqdim olunacaq: “Qanun layihəsində həmin cərimə məbləğinin 5 min manatadək qaldırılması təklif olunur”.

 

F. Əlizadə bu il "Təhlükəsiz iş ongünlüyü" çərçivəsində müəssisələrdə monitorinqlər keçirilir: Bu günə qədər 3 istehsal və tikinti sahəsində işləri dayandırmışıq, çünki işçilərin sağlamlığı üçün real təhlükə vardı. Bu təhlükələr aradan qaldırılandan sonra onların normal fəaliyyətinə icazə verəcəyik. "Təhlükəsiz iş ongünlüyü" fevralın 6-dək davam edəcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370771

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR