Bakı, 16 sentyabr, AZƏRTAC
Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) təşkilatçılığı ilə sentyabrın 16-da telekörpü olub. Telekörpüdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, sənətşünaslıq doktoru Toğrul Əfəndiyev və “Dövlət Tretyakov Qalereyası” Ümumrusiya Muzeylər Birliyinin baş direktoru Zelfira Trequlova iştirak ediblər.
Muzeylərin fəaliyyət planlarından söz açan telekörpü iştirakçıları birgə iş imkanlarını, o cümlədən Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından rusiyalı rəssamların və Dövlət Tretyakov Qalereyasında mühafizə olunan Azərbaycan fırça ustalarının əsərlərinin sərgilərini təşkil etmək imkanlarını nəzərdən keçiriblər.
RİMM-nin Rusiya ilə Azərbaycan muzeyləri arasında əlaqələrin yaradılması istiqamətində fəaliyyətinin davamı olaraq sentyabrın 28-də Mərdəkan qəsəbəsində Sergey Yeseninin ev muzeyinin və Ryazan vilayətinin Konstantinovo kəndində Yesenin Dövlət Muzey-Qoruğunun əməkdaşlarının iştirakı ilə böyük rus şairinin anadan olmasının 120 illiyinə həsr olunmuş telekörpü keçiriləcək.
Azərbaycan və Rusiyanın aparıcı muzeylərinin nümayəndələri virtual müzakirələr aparıblar
Azərbaycan və Rusiyanın aparıcı muzeylərinin nümayəndələri virtual müzakirələr aparıblar