[ 17 Sentyabr 2015 17:20 ]
Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və köməkçisi Elşad Həmidov Qaradağ rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçiriblər.
Bu barədə APA-ya məlumat verən Elçin Behbudovun sözlərinə görə, monitorinq zamanı hər hansı qanun pozuntusu aşkar edilməyib: “Polis İdarəsinin binası və müvəqqəti saxlanma yeri təmir olunub. Müasir standartlara cavab verir. Sənədləri yoxladıq hər şey qaydasındadır ”.