Bakı, 17 sentyabr, AZƏRTAC
Hər il bütün dünya ölkələrində qeyd edilən 21 sentyabr - Beynəlxalq Sülh günü ilə əlaqədar avqustun 21-dən sentyabrın 21-dək elan olunan “Sülh aylığı” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müddəalarının icrası ilə bağlı Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən həyata keçiriləcək tədbirlərə dair plan hazırlanıb.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, Tədbirlər Planına uyğun olaraq Şirvan Regional Miqrasiya İdarəsinin əhatə etdiyi Salyan şəhərində və Lənkəran RMİ-də ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilib. Analoji mövzuda Bakı Regional Miqrasiya İdarəsində də əməkdaşların iştirakı ilə tədbir təşkil edilib.
Tədbirlərdə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşlarının ayrı-ayrı mövzularda məruzələri dinlənilib, mövzu ilə bağlı ictimaiyyət nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Beynəlxalq Sülh Günü ilə əlaqədar Dövlət Miqrasiya Xidməti paytaxtda və bölgələrdə tədbirlər keçirib
Beynəlxalq Sülh Günü ilə əlaqədar Dövlət Miqrasiya Xidməti paytaxtda və bölgələrdə tədbirlər keçirib