Azərbaycan Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin növbəti görüşü Türkiyədə keçiriləcək

16:17 29 Yanvar 2015
46 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 29 Yanvar 2015 16:11 ]

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycan Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü Türkiyədə keçiriləcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə nazirlərin bu gün Aşqabadda keçirilən görüşünün yekunlarına dair birgə Bəyanatda deyilir.

 

Tərəflər qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq əməkdaşlıq məsələləri üzrə hazırkı üçtərəfli formatda davamlı əsasda görüşlərin keçirilməsinin vacibliyini qeyd ediblər. Bəyanatda həmçinin 2015-ci ildə Türkmənistanda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin sammitinə hazırlığın və keçirilməsinin əhəmiyyəti qeyd olunub.

 

Qeyd edək ki, ilk görüş 2014-cü ilin 26 may tarixində Bakıda, ikinci görüş isə bu gün Aşqabadda keçirilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370837

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR