Bakı, 18 sentyabr, AZƏRTAC
Taliban hərəkatının yaraqlıları Pakistanın şimal-qərbində yerləşən hərbi-hava qüvvələrinə aid Badabər bazasına hücum ediblər.
AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, Pakistan silahlı qüvvələrinin nümayəndəsi bazaya 7-10 yaraqlının hücum etdiyini deyib. Hücum nəticəsində iki hərbçinin yaralandığı bildirilir.
Hadisənin məsuliyyətini Taliban öz üzərinə götürüb. Bu keçən ildən bəri qruplaşmanın hərbçilərə ən böyük hücumudur.