[ 18 Sentyabr 2015 16:48 ]
Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Kapital Bank” ASC-də kadr dəyişikliyi baş verib.
"APA-Economics"in sorğusuna cavab olaraq bankdan bildirilib ki, bankın Hüquq departamentinin rəhbəri vəzifəsinin icrası Emin Nurəddin oğlu Kərimova həvalə olunub.
Bundan başqa, Fərqanə Oqtay qızı Məmmədova isə İnsan Resurslarının idarə edilməsi departamentinin rəhbəri vəzifəsinə təyin olunub.
Beləliklə, ölkənin ən iri banklarından biri olan "Kapital Bank"da departamentlərin sayı 18 olub.