Play Store

"Unibank"ın Sumqayıtda yeni filialı fəaliyyətə başlayıb - FOTO

"Unibank"ın Sumqayıtda yeni filialı fəaliyyətə başlayıb - FOTO
17:07 29 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 29 Yanvar 2015 16:56 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Unibank”ın yeni filialı fəaliyyətə başlayıb.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, Sumqayıt əhalisi artıq “Unibank”ın xidmətlərindən arzuladıqları kimi istifadə edə biləcəklər. 5-ci mikrorayon və 45-ci məhəllə arasındakı ərazidə (N. Nərimanov küçəsindəki inzibati bina), "Real" klinikası ilə üzbəüz yerləşən "Gənclər şəhəri" filialının xidmətlərindən yalnız sumqayıtlılar deyil, ətraf  rayonların əhalisi də istifadə edə biləcək.

 

Yeni filialın geniş olması və yerləşdiyi ərazi  müştərilərə xidmətin keyfiyyətini daha da yüksəltməyə və bank məhsulları və xidmətləri ilə hərtərəfli təmin etməyə imkan verəcək. “Gənclər şəhəri” filialı vətəndaşlara kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları daxil olmaqla,  bütün bank xidmətlərini göstərir.

 

Qeyd edək ki, vətəndaşlar filialdan nağd  kreditlər və mikro kreditlər götürə bilərlər. “Unibank”ın xidmət və məhsullarından istifadə etmək istəyən hər kəs həftənin 6 günü səhər saat 09.00-dan 17.00-dək  “Gənclər şəhəri”  filialına müraciət edə bilər.

 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az)  və yaxud facebook səhifəsində www.facebook.com/unibank.az) əldə etmək olar.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370854

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR