Bakı, 19 sentyabr, Nihat Budaqov, AZƏRTAC
Naxçıvanda yeraltı qaz anbarlarının inşası üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən artıq üçüncü quyu qazılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib. SOCAR-ın prezidenti qeyd edib ki, hazırda geologiya və qiymətlədirmə işləri aparılır. Bundan sonra layihə üzərində işlərin aparılması, quyuların yuyulması və kamera yaradılması həyata keçiriləcək.