“Bank of Baku” Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinə təqaüd verəcək

“Bank of Baku” Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinə təqaüd verəcək
17:48 29 Yanvar 2015
742 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 29 yanvar, AzərTAc
Yanvarın 29-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Bank of Baku”nun tədris laboratoriyasının açılışı olub.
ADİU-dan AzərTAc-a bildirilib ki, əvvəlcə bu ali təhsil ocağının rektoru, professor Ədalət Muradov və “Bank of Baku”nun idarə heyətinin sədri Fərid Hüseynov “SABAH” qrupları üçün hazırlanmış tədris otağı ilə tanış olublar. Burada məlumat verilib ki, bank laboratoriyanı 14 noutbuk, wi-fi avadanlığı, mebel dəstləri, maliyyə, mühasibat, bank işinə aid kitablar və digər ofis avadanlığı ilə təmin edib.
Sonra tədbir “Bank of Baku”nun təqaüd proqramının təqdimatı ilə davam etdirilib.
Tədbirdə bankın idarə heyəti sədrinin müavini Zaur Qaraisayev tələbələrə təmsil etdiyi qurumun inkişaf tarixi, cari göstəriciləri barədə məlumat verib. Daha sonra o, “Bank of Baku”nun təqaüd proqramı, müraciət şərtləri və qaydalarından söz açıb. Bildirilib ki, tələbə təqaüdü proqramına universitetə 450-dən artıq balla qəbul olunan və son sessiyanın nəticəsinə görə 70-dən yuxarı bal toplayan üçüncü və dördüncü kurs tələbələri sənədlərini təqdim edə bilərlər. Təqaüd alan beş tələbə, eyni zamanda, bankda təcrübə keçmək imkanı əldə edəcək.
Bundan başqa, ADİU-nun magistrantlarına “Bank of Baku”da karyera imkanları barədə geniş məlumat verilib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bank_of_Baku_Azerbaycan_Dovlet_Iqtisad_Universitetinin_telebelerine_teqaud_verecek-828402

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR