Bakı, 21 sentyabr, AZƏRTAC
“Google” şirkəti axtarış nəticələrində ayrı-ayrı ölkələrin konstitusiyalarının əsas hissələrinin təhlili və müqayisəsini göstərmək üçün “Constitute Project” ictimai təşkilatı ilə əməkdaşlığa başlayıb.
AZƏRTAC "Searchengines” saytına istinadən bildirir ki, konstitusiyası yerləşdirilən ölkələr sırasına ABŞ, Əfqanıstan, Butan, Estoniya, Finlandiya, Fransa, İslandiya, Yaponiya, Laos, Latviya, Mikroneziya, Norveç və Ukrayna daxildir.
Şirkət nümayəndəsinin sözlərinə görə, bu informasiya “Google”un istifadəçilər üçün daha keyfiyyətli axtarışı təmin etmək missiyasına xidmət edir.