Bakı, 22 sentyabr, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət tədbirləri davam etdirilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, növbəti monitorinqlər zamanı Bakının Qaradağ, Suraxanı, Nizami, Nəsimi rayonlarında, eyni zamanda Göygöl, Tovuz, Hacıqabul, Qusar, Ağdam rayonlarında və Xaçmaz, Qax, Şəki şəhərlərində saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb və qanunamüvafiq tədbirlər görülüb.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Çağrı Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, nazirliyin internet saytı (www.economy.gov.az) və "Facebook" səhifəsi vasitəsi ilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.