[ 23 Sentyabr 2015 16:04 ]


Moskva. Fərid Əkbərov - APA. Rusiyanın Krasnoyarsk vilayətində ekstremist fəaliyyətlə məşğul olmaq ittihamı ilə 19 yaşlı azərbaycanlı saxlanılıb.

APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə “enisey.tv” saytı məlumat yayıb.


Məlumatda bildirilir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin regional idarəsinin əməkdaşları sosial şəbəkələrdə terrorçuluğa haqq qazandıran 19 yaşlı azərbaycanlını saxlayıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, ötən ilin oktyabr-dekabr aylarında o, öz səhifəsində insanların terrorçular tərəfindən edam olunduğu səhnələri əks etdirən videolar paylaşıb. Azərbaycanlı yüklədiyi videolara terror aktlarına və qətllərə çağırış barədə şərhlər yazıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin regional idarəsinin mətbuat xidmətinin rəhbəri Marina Moyseyeva saxlanılan şəxs haqqında iki cinayət işi açıldığını, faktla bağlı araşdırmaların aparıldığını söyləyib.