[ 23 Sentyabr 2015 16:46 ]



Bakı. Cavid Zeynallı – APA. Gənclər və idman naziri Azad Rəhimov sentyabrın 29-da Sumqayıtda vətəndaşları qəbul edəcək.

Nazirlikdən APA-ya verilən məlumata görə, qəbulda Sumqayıt şəhər, Abşeron, Qobustan, Şamaxı və Xızı rayon sakinləri iştirak edəcəklər.

Qəbul üçün vətəndaşların qeydiyyatı sentyabrın 24-dən sentyabrın 28-dək aparılacaq.

Vətəndaşlar qeyd olunan rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.