Azərbaycan Respublikasının əməkdar artisti, tanınmış müğənni Baloğlan Əşrəfov Bakıdan Masallıya gedərkən Biləsuvar rayonu ərazisində ağır yol qəzası keçirib.
Hadisəylə bağlı informasiyanı Trend-ə hadisənin şahidləri veriblər.
Trend-in əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Baloğlan Əşrəfovun özü ilə əlaqə saxlayıb. Trend-ə açıqlamasında əməkdar artist informasiyanı təsdiq edib: "Bəli, qəza olub, çox həyəcan keçirdik. Allah bu dəfə də bizi qorudu. Şükür Allaha, salamatçılıqdır. Hələ də hadisənin şokundayıq".
Milli.Az