Şou-biznesin küsülü sənətçiləri Ayan Babakişiyeva və Aysel Əlizadə münasibətlərindəki soyuqluqdan danışıblar.
Gecce.az xəbər verir ki, təsadüfən bir verilişə düşən sənətçilər münasibətlərini gizlədə bilməyiblər. Bu barədə tərəflər "Starlife" verlişində danışıb.
Aysel Əlizadə:
"Hər kəsin özəl xarakteri var. Əkizlər bürcüyəm və deyirlər, xarakter etibarı ilə tərs olurlar. Mən qarşı tərəfi qıcıqlandırmıram. Amma təpki olanda reaksiya verməməyə çalışıram. İnsan mənim üçün önəmli ölmalıdır ki, ona dəyər verim, küsəndə belə incikliyimi büruzə verim. Əks təqdirdə onun barəmdə dediklərinə əhəmiyyət vermirəm. Mən aciz deyiləm ki, həmin insanla bir verilişə düşüm və ona görə studiyanı tərk edim. Tamaşaçıya, efirə xatir harada oluramsa-olum məkanı tərk etmərəm. Mən adını çəkdiyin insanı özümə düşmən hesab etmirəm. Sadəcə mənim dost demədiyim insanlardan biridir. Böyük-kiçik fərq etməz, hər kəsə hörmətlə yanaşıram. Qarşılıqsız görəndə, uzaqlaşıram. Düşünmürəm ki, biz barışarıq. Çünki belə mövzularda, xasiyyətcə çətin insanam.
Ayan Babakişiyeva:
"Hər kəslə münasibətimdə sərhədi qorumağa çalışıram. Amma qarşı tərəf münasibətə xələl gətirəndə silib atıram. Heç kimdən küsmürəm. Sadəcə uzaqlaşıram. Bir insan ki, həyatınızı məhv edir, sizin statusunuzu aşağı salır, adınızı batırır və həyatınızda hansısa maneələri törədir, o insana heç vaxt nifrət etməyin. Çünki nifrətin özü də bir hissdir, sevgi hissidir. Sadəcə o insanı özünüz üçün qadağaya qoyun və onu saymayın. İnanın, bu onun üçün ölümdür".
Milli.Az