Bakı, 28 sentyabr, AZƏRTAC
Cari ilin 8 ayında ölkədə fəaliyyət göstərən xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4 milyard 473, 6 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 milyard 809,0 milyon manatı (85,1 faizi) Böyük Britaniya, Türkiyə, Norveç, Rusiya, İran, ABŞ, Yaponiya və İsveç sərmayədarlarına məxsus olub.