Bakı, 28 sentyabr, Xatirə Cəfərova, AZӘRTAC
Rabitə və Yüksək Texnologiyalar naziri Әli Abbasov Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası çərçivəsində ölkəmizdə səfərdə olan Serbiya Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayicin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZӘRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında rabitə və yüksək texnologiyalar sahəsində mövcud əlaqələr, əməkdaşlıq perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyəti vurğulanıb.