Bakı. 28 sentyabr. REPORT.AZ Almaniyanın Braunşveyq şəhər prokurorluğu avtomobil nəhəngi "Volkswagen"in keçmiş rəhbəri Martin Vinterkorna qarşı istintaqa başlayıb. "Report" "RİA Novosti"-yə istinadən xəbər verir ki, Vinterkorn dizel mühərrikləri manipulyasiyaları ilə bağlı qalmaqal fonunda şırkət rəhbəri vəzifəsindən istefaya gedib. İş adamı istehlakçıları aldatmaqda ittiham olunur.