[ 30 Yanvar 2015 13:18 ]
Bakı. Könül Kamilqızı - APA. Bu gün Türkiyə və Azərbaycanın Səhiyyə nazirliklərinin, Milli Onkologiya Mərkəzi və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə Avrasiya Uroonkoloji Cəmiyyətinin VI qış konqresinin açılış mərasimi keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov, səhiyyə nazirinin müavini Elsevər Ağayev, Türkiyənin səhiyyə nazirinin müavini Eyyub Gümüş, Türkiyənin Azərbaycandakı səfiri Alper Coşğun və digər qonaqlar iştirak edib. Bundan əlavə, konqresə ABŞ, Avropa və Asiya ölkələrindən qonaqlar qatılıb. Avrasiya ölkələri urologlarının elmi görüşməsi baş tutub.
Açılış mərasimində çıxış edən
Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib ki, hazırda həm urologiya, həm də onkologiyanın ən çox inkişaf edən sahəsi uroonkologiyadır. Nazir müavininin sözlərinə görə, son illərdə onkouroloji xəstəliklərinin müalicəsində çox böyük uğurlar əldə edilib.
Türkiyənin səhiyyə nazirinin müavini Eyyub Gümüş isə qeyd edib ki, Türkiyədə 130 min həkim var, onun 85 mini Səhiyyə Nazirliyinin xəstəxanalarında çalışır. Onun sözlərinə görə, ölkədə 1600 tibbi-professor var ki, bu özü müəyyən nəticələr əldə etməyə imkan
verir: “Dünya səhiyyə sistemində Türkiyə səhiyyə sistemini gücləndirmək niyyətindəyik. Ancaq müəyyən çatışmazlıqlarımız var. Bu istiqamətdə də işlər görülür və azərbaycanlı həmkarlarımızla qarşılıqlı əməkdaşlıq ediləcək”.