Gəncədə “Təhlükəsiz iş aylığı”nın yekunlarına həsr edilmiş regional tədbir keçirilib

Gəncədə “Təhlükəsiz iş aylığı”nın yekunlarına həsr edilmiş regional tədbir keçirilib
10:58 29 Sentyabr 2015
24 Ölkə
Ölkə mətbuatı
A- A+


Gəncə, 29 sentyabr, AZƏRTAC
Dövlət Əmək Müfəttişliyi tərəfindən “Təhlükəsiz iş aylığı”nın yekunları ilə bağlı Gəncədə regional tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Gəncə və ətraf rayonlardan olan iş adamlarının iştirakı ilə keçirilən tədbirdə aylıq çərçivəsində aparılan yoxlamaların nəticələri müzakirə edilib.
Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məhərrəm Məhərrəmov çıxış edərək diqqətə çatdırıb ki, hələ də əksər obyektlərdə işə qəbul zamanı tələb edilən qaydalara riayət olunmur, işçilər geyim formaları ilə təmin edilmirlər. Təhlükəsizlik qaydalarına riayət olunmur. Belə sahibkarlara inzibati qaydada cərimələr tətbiq edilərək, mövcud nöqsanların aradan qaldırılması üçün vaxt verilib.
Sonra iştirakçıların sualları cavablandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gencede_Tehlukesiz_is_ayliginin_yekunlarina_hesr_edilmis_regional_tedbir_kechirilib-888063

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR