[ 30 Yanvar 2015 13:45 ]



Bakı. Fərid Mirzəyev - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) poliklinikasının tikintisinə başlanacaq.

APA-nın məlumatına görə, bu barədə AMEA prezidenti, akademik Akif Əlizadə Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) 2014-cü il I Hesabat-seçki Konfransında məlumat verib.


A.Əlizadə Fövqəladə Hallar Nazirliyinin fevral ayında poliklinikanın layihəsini onlara təqdim edəcəyini bildirib: “Elmlər Akademiyasında çalışan bütün nəsillər bu 70 il ərzində arzusunda idi ki, akademiyanın poliklinikası olsun. Gələn ay, fevralın birinci on günlüyündə Fövqəladə Hallar Nazirliyi poliklinikanın proyektini bizə təqdim edəcək. O poliklinikanın yeri də artıq müəyyən olunub”.