Əzələli, saqqallı "komandos" Sonaya çevrildi - FOTO

Əzələli, saqqallı "komandos" Sonaya çevrildi - FOTO
12:47 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

Amerikalı Metyu Avedien kişi kimi doğulsa da, sonradan qadına çevrilib.

ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin dəniz piyadaları korpusunda xidmət etmiş Metyu Texas ştatında doğulub. O, hərbi xidmətdə olarkən ən güclü, sürətli və qətiyyətli "komandos"lardan biri kimi tanınırdı.

Milli.Az The Sun-a istinadən bildirir ki, Lüsi adlı xanımla evlənən və bu nikahda qızı doğulan Metyunun dediyinə görə, həmişə özünü qadın kimi hiss edib, "kişi kimi yaşamaq istəməyib".

Bu səbəbdən də o, 30 yaşında, 2012-ci ildə cinsiyyətini dəyişdirmək qərarına gəlmişdi.
Cərrahiyyə əməliyyatları nəticəsində saqqallı, əzələli Metyu qadına "çevrildi" və Sona oldu.

"Hələ uşaq olanda səhvən oğlan doğulduğumu anlamışdım. Uzun müddət fikirlərimi, niyyətimi gizlətdim. Dəniz piyadaları korpusuna xidmətə yollandım, 2005-ci ildə evləndim, 2010-cu ildə ata oldum. 2012-ci ildə anladım ki, artıq yalan danışa bilmirəm. İlk növbədə özümə", - sabiq Metyu, indiki Sona söyləyib.

2012-ci ildəki əməliyyatlardan sonra qadın hormonları qəbul etməyə başlayan "Metyu-Sona"nı 2013-cü ilin fevralında arvadı tərk edib. İyul ayında isə onlar boşanıblar.

Estrogen qəbulundan sonra Metyu sinəsindəki implantatların ölçülərini artırıb, lazer epilyasiyasını daha da intensivləşdirib.

"Əməliyyata qədər yalan içində yaşayırdım. İndi həyatım normaldır", - Metyu-Sona söyləyib.

Sabiq "komandos" indi komik aktyor, habelə transseksuallar üçün motivasiya natiqidir.
 

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/372030.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR