Rusiyanın ən gözəl kök qızı - fotolar

Rusiyanın ən gözəl kök qızı - fotolar
14:06 29 Sentyabr 2015
1280 Şou
Ölkə mətbuatı
A- A+

20 yaşlı tələbə İrina Çeremnıx artıq çəkili qızlar arasında keçirilən "Şimali Avrora 2015" müsabiqəsinin qalibi olub.

Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, Sankt-Peterburqda keçirilən yarışmada paltar ölçüsü 50-dən az olmayan qızlar iştirak etmək hüququ qazanıblar.

Gənc qız müsabiqədə 2 nominasiyada qalib seçilib: "Miss Şimali Avrora" və "Miss Qadınlıq". Bundan başqa o, müxtəlif sertifikatlar və sponsor hədiyyələri əldə edib. Jurnalistlərə açıqlamasında İrina bədən ölçülərini açıqlayıb: 115-95-135. Ancaq o, çəkisini deməyib, çünki çəkinin heç bir şeyin göstəricisi olmadığını vurğulayıb. Kök model əmindir ki, hamı tərəfindən qəbul edilmiş standartlar heç də məcburi deyil.

İrina doğma Novosibirsk şəhərində olandan artıq modelliklə məşğul olmaya başlayıb, müxtəlif mağazaların reklamına çəkilib. O, başqa qızlara öz bədən formalarından utanmamağa kömək etmək, özlərini gözəl və inamlı hiss etmələri üçün model biznesində qalmağı planlaşdırır.











Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=38007

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR