Toxunuşu hiss etməyə imkan verən bionik əl hazırlanıb

Toxunuşu hiss etməyə imkan verən bionik əl hazırlanıb
19:18 29 Sentyabr 2015
36 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
ABŞ-ın Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (DARPA) tərəfindən ilk dəfə pasiyentə protezin köməyi ilə əşyalara toxunuşu hiss etməyə imkan verən bionik əl hazırlanıb.
Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildiriblər ki, sınaq zamanı pasiyent gözləri bağlı halda alimlərin onun mexaniki barmaqlarından hansı birinə toxunduqlarını müəyyənləşdirib.
Xatırladaq ki, hazırda texnologiyalar fikir gücünün köməyi ilə süni yuxarı və aşağı ətrafların hərəkətini idarə etməyə imkan verir. Lakin indiyədək bu texnologiyalar vasitəsi ilə əks əlaqəni almaq mümkün olmayıb. Beyinin protezdən sensor məlumatları əldə edə bilməməsi nəticəsində hərəkət çətinləşir.
Bionik əl Con Hopkins Universitetinin tətbiqi fizika laboratoriyasında hazırlanıb. O, mexaniki əl və insan arasında ikitərəfli əlaqəni yaradır. Protezə baş beyinin hissiyat və hərəkət qabığına implantasiya edilmiş elektrodlardan naqillər birləşdirilib.
Protez bionik əl təzyiqi müəyyənləşdirməyə imkan verən fırlanma anı ötürücüləri ilə təchiz olunub. Bu ötürücülər gücü elektrik siqnallarına çevirərək onları insan beyninə ötürür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Toxunusu_hiss_etmeye_imkan_veren_bionik_el_hazirlanib-888273

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR