“Bank of Baku” Bolkart sahiblərinə xüsusi proqram təqdim edir

“Bank of Baku” Bolkart sahiblərinə xüsusi proqram təqdim edir
20:03 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
“Bank of Baku” müştərilərin kart seçimini asanlaşdırmaq üçün “Öz Bolkartını seç!” adlı xüsusi proqramı təqdim edir.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, müştərilər “Öz Bolkartını seç!” proqramından Facebook.com/Bolkart səhifəsinə daxil olaraq faydalana bilərlər. Qeyd edilən məlumatları daxil etdikdən sonra proqram müştəriyə özəl Bolkartı seçəcək. Həmçinin, proqram vasitəsilə Bolkartı seçdikdə müştərinin qeyd etdiyi məlumatlar banka daxil olacaq və bank nümayəndəsi qısa zaman ərzində əlaqə saxlayacaq. Məlumatlar təsdiqləndikdən sonra müştəri kartı rəsmiləşdirmək üçün banka növbəsiz dəvət ediləcək.
“Öz Bolkartını seç!” proqramı vasitəsilə Bolkartını seçib rəsmiləşdirən ilk 100 nəfər Bolkartlı “Bank of Baku” tərəfindən ballarla mükafatlandırılacaqlar. Belə ki, Bolkartını seçən və bankda rəsmiləşdirən ilk 50 nəfər müştərinin aldığı yeni Bolkarta 100 bal, növbəti 50 nəfərin aldığı Bolkarta isə 50 bal yüklənəcək. Bu balları Bolkartın partnyor mağazalarında 100 AZN və 50 AZN dəyərində alış-veriş etmək mümkün olacaq.
Proqram üzrə kartını seçənlərdən 100-cü Bolkart rəsmiləşdirildikdən sonra Bolkart bal hədiyyəli sifarişlər dayandırılacaq və hər kəs adi qaydada öz kartını seçmək üçün proqramdan istifadə edə biləcək. Yeni Bolkartlar ilkin olaraq yalnız bankın baş idarəsinin müştəri xidmətləri departamenti tərəfindən veriləcək, daha sonra isə artıq bankın bütün filiallarında bu kartları əldə etmək mümkün olacaq.
Əvvəlki Bolkarta sahib olan müştərilər banka yaxınlaşmaqla kartını dəyişdirə bilərlər. Yeni kart sifariş etmək istəyən müştərilər isə www.bolkart.az, www.facebook.com/bolkart rəsmi səhifələrdən onlayn sifariş edə və yaxud bankın istənilən filialına yaxınlaşmalıdırlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bank_of_Baku_Bolkart_sahiblerine_xususi_proqram_teqdim_edir-888304

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR