[ 30 Sentyabr 2015 08:19 ]


Bakı-APA. Türkiyənin Hakkari bölgəsində PKK terrorçularının törətdiyi partlayış nəticəsində 2 hərbçi şəhid olub.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, insident Hakkari bölgəsinin Semdinli rayonunda qeydə alınıb.

Məlumata görə, terrorçular Şemdinli-Yuksekova avtomobil yolunda partlayıcı qurğunu hərbi maşın keçərkən işə salıblar.

Təhlükəsizlik qüvvələri terrorçuların müəyyən edilərək məhv edilməsi istiqamətində irimiqyaslı əməliyyat keçirir.