"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın Moskvadakı səfirliyinin mətbuat katibi Uilyam Stivens Rusiya qoşunlarından xaricdə istifadə edilməsinə dair Federasiya Şurasının qərarını şərh edərkən bildirib.
Onun sözlərinə görə, ABŞ və Rusiya prezidentləri Suriaydakı koalisiya qüüvələri ilə Rusiya hərbçiləri arasında anlaşılmazlığın yaranmaması üçün prosesin kordinasiya edilməsinin vacibliyini razılaşdırıblar: "Vaşinqtonun mövqeyi belədir: Bəşşar Əsəd Suriyada terrorçuluğa və ekstremizmə qarşı mübarizədə uyğun tərəfdaş deyil".