Gənc müğənni Safa "Nağıl kimi" adlı mahnısına çəkilmiş klipini media nümayəndələrinə təqdim edib. Milli.Az-ın məlumatına görə, mahnının sözləri Fərid Ağaya, musiqisi Kamala aiddir. Rejissorluğunu Elmir Süleymanovun etdiyi klipin çəkilişləri Antalyada baş tutub.

Ekran işində 19 ölkədən olan rəqs heyəti iştirak edib. Klip yerli kanallarla yanaşı Türkiyədə də nümayiş olunacaq. Ona görə də ekran işində gedən söhbətlər türk dilindədir. Safa açıqlamasında məqsədinin Azərbaycanı xarici ölkədə layiqincə təmsil etmək olduğunu deyib: "Bu, mənim ilk addımlarımdır. Bir az utancağam. Yəqin ki, 1 aydan sonra mən də öyrəşəcəm".

Bəstəkar Vüqar Camalzadə Safa ilə yeni işbirliyinə başlayacağını deyib: "Onun üçün yeni mahnı yazmışam. Bəstəyə Ukraynada klip çəkdirəcəyik".

Qeyd edək ki, Safa Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin üçüncü kurs tələbəsidir. O, xalq artisti Yalçın Rzazadənin tələbəsi olub.

Milli.Az

Xalq artistinin tələbəsi 19 ölkənin rəqqaslarını bir yerə topladı - FOTO