Müğənni Xatun Əliyeva bu mövsümdən parodiya etdiyi ifaçılar sırasına yenilərinin də daxil olduğunu bildirib.

Milli.Az bildirir ki, axşam.az-a açıqlama verən sənətçi buna görə ona irad tutanlara da cavab verib.

X.Əliyeva "Xalq artisti Nazpəri Dostəliyeva onu parodiya etdiyiniz üçün sizi ölkədən uzaqlaşdıracağını demişdi" sualına belə cavab verib:

"Çoxdan idi, parodiya etmirdim, tamaşaçılar darıxmışdılar. Yenidən başlamışam. Məni heç kimin ölkədən uzaqlaşdırmağa gücü çatmaz. Mən millətimi sevən insanam. Haraya gedirəmsə, Azərbaycan üçün darıxıram. Sənət adamları çox diqqət-sevgi görürlər. Ona görə də xaricdə qala bilmirlər. Belə insanlara əhəmiyyət vermirəm. Yeni parodiyalarım sırasında meyxanaçı Samirə, Telli Borçalı var".

Milli.Az