"Tanrı məni sevir və yol göstərir. Tanrının istəyi ilə ayaqlarımı yerdən ayıraraq göydə qala bilirəm".
Zimbabveli keşiş Şeperd Buşiri dünən villasında jurnalistlərin kameraları qarşısında "levitasiya" məharətini göstərib.
Onun dediyinə görə, ayaqlarını yerdən ayıraraq səmada addımlamağını "Tanrı istəyib".
Milli.Az The Maravi Post-a istinadən bildirir ki, hazırda Malavidə yaşayan Şeperd Buşiri "Enlightened Christian Gathering" kilsə təriqətinin təbliğatçısıdır.
"Tanrı mənim təyyarə almağıma da xeyir-dua verib. Amma bunu hələlik gerçəkləşdirməyə tələsmirəm. Təyyarə almağımı da möminlərin görməsini istəmirəm", - Buşiri deyib.
Fırıldaqçılıqda, boşboğazlıqda və yalanlarda suçlanan Buşiri AFRİCİ adlı "dini təşkilat" da yaradıb.
O, Malavidəki villasına da jurnalistləri məhz "Tanrının sevdiyi, səmada yeriyə bilən insan" olduğunu sübut etmək üçün dəvət etmişdi. Lakin "levitasiya" səhnəsi də fırıldaq təsiri bağışlayıb.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.






