Milli Məclisin Elm və təhsil komitəsinin üzvü isa Həbibbəyli bildirib ki, qanuna edilən dəyişiklik Azərbaycan Milli Elmlər Akademiyasında bu ildən həyata keçirilən magistratura səviyyəsinə qəbulun gələcəkdə daha da inkişaf etməsinə öz töhfəsini verəcək.
İ. Həbibbəyli onu da qeyd edib ki, “Elm haqqında” qanun layihəsi parlamentin payız sessiyasının gündəliyinə salınıb: “Təklif edərdim ki, “Təhsil haqqında” qanuna edilən bugünkü dəyişiklik “Elm haqqında” qanuna da əlavə edilsin”.