Bakı, 6 oktyabr, AZƏRTAC
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Natiq Əliyevin üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 4 ədəd bükümdə, xalis çəkisi 99,115 qram olan narkotik vasitə - tiryək, 2 ədəd bükümdə isə ümumi xalis çəkisi 17,163 qram olan psixotrop maddə -metamfetamin aşkar edilib.
Faktla bağlı təhqiqat aparılır.