Bakı. 6 oktyabr. REPORT.AZ/ Suriya ilə sərhədboyu patrul xidməti uçuşu keçirən Türkiyənin "F-16" qırıcıları Rusiyanın "MİQ-29" təyyarələri tərəfindən təqibə məruz qalıb.
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda ölkənin Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, Türkiyənin "F-16"-ları "MİQ-29" 4 dəqiqə 30 saniyə, "SA" raket hücumundan müdafiə sistemi isə 4 dəqiqə 25 saniyə təqib edib.