Etiraz məktubunda bildirilib ki, tarix boyu türklərə qarşı törədilmiş soyqırımlar unudulub, yaxın keçmişimizdə qardaş Azərbaycanın Qarabağ bölgəsi işğal edilərək, on minlərlə soydaşımız qətlə yetirilib, Xocalı şəhərində bir gecədə 613 dinc sakin soyqırıma məruz qalıb, bir milyondan çox insan öz torpağından didərgin düşüb. Avropa və dünya ictimaiyyətinin bu soyqırıma, insanlıq əleyhinə cinayətinə biganə münasibətini vurğulayan S.Qaraqoyunlu Türkiyə və türk xalqının bu haqsızlığa qarşı səssiz qalmadığını, münaqişə həllini tapanadək Ermənistanla sərhədləri bağladığını xatırladıb. Diaspor rəhbəri belə bir həssas məsələnin ardınca Tuzlucada edilmiş hərəkəti yanlış hesab edir və bu səhvin düzəldilməsi üçün konkret addımların atılmasını tələb edir.