Tovuz, 7 oktyabr, AZƏRTAC
Tovuzlu fermerlər cari ildə 1624 hektar sahədə bol tərəvəz yetişdiriblər.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, fermerlər artıq sahələrdən 30 min 461 ton məhsul tədarük ediblər. Hər hektardan orta məhsuldarlıq 191,1 sentner olub.Tədarük olunan məhsul ötən ilin eyni dövrü ilə müqayisədə 3710 ton, məhsuldarlıq isə 16,3 sentner coxdur.
Rayonda tərəvəz yığımı davam edir.