Bakı, 7 oktyabr, AZƏRTAC
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Samux şəhərində oktyabrın 16-da nəzərdə tutulmuş vətəndaşlarla görüşünün tarixi dəyişdirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların qəbulu oktyabrın 30-da olacaq. Qəbulda Samux, Gədəbəy, Göygöl, Daşkəsən rayonları və Gəncə şəhəri sakinlərinin müraciətləri nazir tərəfindən dinləniləcək, lazımi tədbirlər görüləcək.