Kanal S (Region TV) xəbər verir ki, artıq bir neçə gündür ki, televiziyada "Açıq mikrofon" layihəsinə start verilib. Layihə çərçivəsində Şəki sakinləri öz problemlərini "Sizə hamıdan yaxınıq" devizini əsas tutan "Kanal S"də açıq şəkildə səsləndirə bilərlər. Səsləndirilən suallar isə birbaşa Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov tərəfindən cavablandırılacaq.

Bu və digər problemlər ilk dəfə "Kanal S"in "Açıq mikrafon" layihəsində həllini tapdı. Bundan əvvəl iki dəfə keçirilən "Açıq mikrofon" vasitəsilə Şəki sakinləri birbaşa efirdə öz problemlərini Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova ünvanladı.

"Kanal S" növbəti dəfə bu uğurlu layihəyə start verdi. Siz də problemlərinizin gün üzünə çıxmasını istəyirsinizsə, noyabrın 1-dək saat 9-dan axşam saat 18:00-dək Şəki şəhər 20 yanvar küçəsində yerləşən "Kanal S"ə gələrək suallarınızı "Açıq mikrofon"a səsləndirə bilərsiniz.

Gəlmək imkanı olmayan şəxslərsə öz məktublarını həm poçt vasitəsilə, həm də info@kanals.az e-mail ünvanımıza və rəsmi Facebook səhifəsinə göndərə bilərlər.

Milli.Az