Bakı, 9 oktyabr, AZƏRTAC
Oktyabrın 9-dan etibarən Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Aqrolizinq” ASC-nin qiymətli kağızları BFB-də standart bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, ticarətə buraxılan qiymətli kağızların sayı 59 499 770 ədəd, qiymətli kağızın ilkin ticarət qiyməti isə 2 AZN-dir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.