2014-cü ilin ən yaxşı futbolçularının adları açıqlanıb.
ANS PRESS-in məlumatına görə, Fransanın nüfuzlu “l'Equipe” nəşri 2014-cü il üçün dünyanın ən yaxşı futbolçusunu elan edib.
Keçirilmiş sorğunun nəticəsinə görə, ilin ən yaxşı oyunçusu adına “Bavariya” və Almaniya millisinin qapıçısı Manuel Noyer layiq görülüb.
Qeyd edək ki, Noyer 2014-cü ildə dünya çempionu olub. “l'Equipe” versiyasında ikinci yeri Kriştiano Ronaldo (“Real”/Portuqaliya), üçüncü yeri isə Lionel Messi (“Barselona”/Argentina) tutub.
Xatırladaq ki, adları çəkilən bu üç oyunçu 2014-cü il üçün FİFA-nın “Qızıl top” mükafatına da namizəddir.