Bakı. 13 oktyabr. REPORT.AZ/ Ukraynada qəzaya uğrayan Malayziyaya məxsus Boeing "Buk" Zenit-raket kompoleksindən açılan raketlə vurulub.
Ukraynada BOEING hava müdafiə etmə sistemi "BUK" bir raket isabət edilmişdir. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə bu gün Hollandiyada Ukrayna səmasında qəzaya uğrayan Boeinglə bağlı yekun hesabatın təqdimatı zamanı Hollandiya Təhlükəsizlik Şurasının təqdim etdiyi sənəddə deyilir.
Tədbir dünyanın bir çox ölkələrini təmsil edən yüzlərlə jurnalistin iştirakı ilə Hollandiya Hərbi Hava Qüvvələrinə məxsus Gilze-Reyn bazasında keçirilir. 15 ay ərzində üzərində iş aparılan hesabatın nəticələrini Hollandiya Təhlükəsizlik Şurasının sədri Tibbe Yustra açıqlayıb.
Hollandiya Təhlükəsizlik Şurası Avstraliya, Böyük Britaniya, Malayziya, Rusiya, ABŞ və Ukraynanın da iştirak etdiyi araşdırmaları koordinasiya edib.