Bakı. 15 oktyabr. REPORT.AZ/ "BMT Təhlükəsizlik Şurasının 2010-cu ildə qəbul etdiyi 1929 saylı qətnamə İrana ballistik raket proqramı üzrə fəaliyyət göstərməyi qadağan edir".
"Report" "TASS"a istinadən xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Romen Nadal bildirib.
Qeyd edək ki, ötən həftənin sonunda Tehran "İmad" ("Dayaq") kod adlı ballistik raketi uğurla sınaqdan çıxardığını bəyan etmişdi. İranın müdafiə naziri Hüseyn Dehqanın sözlərinə görə, bu, ballistik raketlərin yeni nəslinə aiddir və bütünlükdə ölkəsində hazırlanıb.