Sevgili olduqları iddia edilən müğənni Keremcem və aktrisa Engi Asaroğlu haqda "O hayat benim" serialının rejissoru Hamdi Alkan açıqlama verib.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, serialın baş rol ifaçıları arasında sevgi münasibətinin olduğunu təkzib edib:
"Mən belə bir şeyin deyilməsinə əsas verən bir səhnəylə rastlaşmamışam. Onlar işlərinə görə bir-birinə böyük sevgi ilə aşiqdirlər. 40 həftədir, birlikdə işləyirik. Amma çəkiliş meydançasında indiyə qədər ikisi arasında real sevgililik mənasında bir şey görməmişəm".
Qeyd edək ki, 9 aylıq evlilikdən sonra aktrisa Seda Güvendən ayrılan Keremcem Ezgi ilə sevgili olması sualına cavabıyla hər kəsi çaşdırmışdı:
"Boşandım və həyat davam edir. Sizdən gizlədəsi deyiləm. Amma bu suala "Hə" ya "yox" deyə bilmərəm".